Meşədən meyit tapıldı

meseden-meyit-tapildi
Oxunma sayı: 3010

Yardımlı RPŞ-nin əməkdaşları tərəfindən Lerik-Yardımlı yolunun 1-ci kilometrliyindəki meşə zolağında, “UAZ-469B” markalı avtomobilin yaxınlığında Lerik rayon sakini Mail Ağayevin üzərində xəsarətləri olan meyiti tapılıb.

DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, M. Ağayevin qeyd edilən nəqliyyat vasitəsini idarə edərkən onu aşırması nəticəsində ölməsi ehtimal olunduğundan faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.