Meşədən oğurluq etdilər

meseden-ogurluq-etdiler
Oxunma sayı: 845

Aprelin 9-da Oğuz rayon meşə mühafizə və bərpası müəssisəsinin əməkdaşları Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Daşağıl kənd meşəbəyliyinin ərazisindən ağac materialının oğurlandığını bildiriblər. 

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən rayonun Muxas kənd sakinləri Taleh Məhərrəmov və Xəyal İmamverdiyev saxlanılıblar. 

Onlar ifadələrində mart ayının 18-də həmin ərazidən 1590 manat dəyərində 16 kub meşə materialını oğurlayıb, Şəkinin Oravan kəndi ərazisində satdıqlarını etiraf ediblər. Faktla bağlı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır. 

Murad Əhməd