Meşədən tapılan cəsədin sahibi müəyyənləşdi

meseden-tapilan-cesedin-sahibi-mueyyenlesdi
Oxunma sayı: 1606

Şəkidə Qoxmuq kənd inzibati ərazisində, dağlıq-meşəlik ərazidə çürümüş kişi meyiti tapılıb.

“Qafqazinfo” ARB TV-yə istinadla xəbər verir ki, cəsədin Qoxmuq kənd sakini 64 yaşlı Fərrux Səmədova aid olduğu müəyyən olunub.

Səmədov 4 gün əvvəl yaşadığı evdən çıxaraq, süpürgə hazırlamaq üçün bitki yığmaq məqsədilə meşəyə gedib və geri qayıtmayıb. Onun ürək və epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Mərhumun qardaşı Fərhad Səmədov bildirib ki, Fərrux Səmədov yıxılaraq həlak olub. 

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.