Məşəl İçərişəhərdə- - Foto

mesel-iceriseherde-
Oxunma sayı: 1183


“Qafqazinfo”nun məlumatına görə, “Qədim Bakı” çay evində müğənni Ədalət Şükürovun iştirakı ilə fotoçəkiliş aparılıb. 

Sonra “Alov qüllələri”indən kəndirlə enən məşəlçi, alpinist Rinat Rəhimxanov estafetə start verib.

Karvan sonra İçərişəhərə yola düşdü. Yürüş daha sonra Afina-2004 Yay Olimpiya Oyunlarının qalibi, yunan-Roma güləşçisi Fərid Mansurov, müğənni Faiq Ağayev, Pekin-2008 olimpiadasının qalibi, cüdoçu Elnur Məmmədli, atletika veteranı, Moskva-1980 Yay Olimpiya Oyunlarının hakimi olmuş Abbas Əzimov, «Bakılı oğlanlar» ŞHK-nin çempion heyətinin üzvü olmuş Bəhram Bağırzadə, yunan-Roma güləşi üzrə 2010-cu ilin dünya çempionu Həsən Əliyev, voleybol veteranı, «Tоp komandalar kuboku»nun qalibi Alla Həsənova, bəstəkar, dirijor Yalçın Adıgözəlov, musiqiçi Ənvər Sadıqov, aktrisa Şəfiqə Məmmədova, Avropa Olimpiya Komitəsinin əlaqələndirmə komissiyasının sədri Spiros Kapralos və bəstəkar, müğənni Tünzalə Ağayevanın iştirakı ilə davam edərək, XXI əsrdə inşa olunmuş Məhəmməd məscidinin qarşısından keçməklə İçərişəhərin göz oxşayan tarixi küçələri ilə davam edib.