“Qafqazinfo”nun məlumatına görə, iyunun 10-da məşəl estafetinin ilk dayanacağı Müasir İncəsənət Muzeyi olub.
Xalq rəssamı Fərhad Xəlilovun daşıdığı məşəl Azərbaycanda avanqard cərəyanlara mənsub rəssam və heykəltəraşların ötən 70 il ərzində yaratdıqları 1000-dən artıq
Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı, akademik Ömər Eldarov məşəli Heydər Əliyev Mərkəzinə aparıb.
Bakı Musiqi Akademiyasının rektoru, SSRİ-nin və Azərbaycanın xalq artisti, professor Fərhad Bədəlbəylinin müşayiət etdiyi məşəlin növbəti ünvanı - Heydər Əliyev Sarayı və onun qarşısındakı park olub.
Daha sonra məşəl ağırlıqqaldırma üzrə dünya çempionu Nizami Paşayev, “Bakı-2015”-in ulduz elçisi Tahir İmanov, muğam ifaçısı Ağaxan Abdullayeva verilib.
Məşəli qəbul edən dünya şöhrətli yazıçı Çingiz Abdullayev Oyunların alovunu Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi ilə tanışlıq zamanı müşayiət edib.
Son xəbərlər
Son Xəbərlər