“Qafqazinfo” xəbər verir ki, Bakı- 2015-in alovunun ilk estafet ünvanı Naxçıvan olub. Məşəli təyyarədə Naxçıvana aparan, Monreal-1976, Yay Olimpiya Oyunlarının çempionu Rəfiqə Şabanova estafeti təhvil verdikdən sonra, 10 yerli məşəlçi ümumilikdə, 4.1 km məsafə qət edib.
Avropa Oyunları tarixinə ilk məşəlçi kimi düşən Rəfiqə Şabanova bu həyəcanlı anlar barədə fikirlərini belə bölüşüb: “Sevincimin həddi-hüdudu yoxdur. Avropa tarixinin ilk Oyunlarının ölkəmizdə keçirilməsi məni hədsiz qürurlandırır. Buna çox sevinirəm. Oyunların məşəlini daşıyan ilk insan olmaq şərəfi mənə qismət oldu. Açığı, belə bir şərəfə layiq görüləcəyimi gözləmirdim. Bu xoşbəxtliyi mənə bəxş edənlərə dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, idmançılarımız da Bakı 2015-də sözlərini deyəcək və xalqımızı, artıq adət etdiyimiz, qələbələrlə sevindirəcəklər”.
Məşəl sabah xüsusi təyyarə ilə Lənkərana çatdırılacaq.
Bakı 2015 Avropa Oyunlarının məşəli Atəşgah Məbədindən götürülmüş alovla aprelin 27-də Bakıdan yola düşüb, iyunun 7-də paytaxta qayıdanadək, təxminən 5500 km məsafə qət edəcək.
Son xəbərlər
Son Xəbərlər