Məşəl Neft daşlarına gətirildi- - Helikopterlə

mesel-neft-daslarina-getirildi-
Oxunma sayı: 1857


“Qafqazinfo”nun məlumatına görə, İlk Avropa Oyunlarının məşəli helikopterlə Bakının Pirallahı rayonunun ərazisində yerləşən və dünyada ilk neft platforması olan Neft daşlarına gətirilib.

Oyunların məşəlini əməkdar neftçi, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə qəbul edib, Neft daşları qəsəbəsini dolaşaraq burada qurulmuş səhnəyə gətirilib.

Sonra əməkdar neftçi Xoşbəxt Yusifzadə məşəli alovlandırıb.