Məşəl Xaçmazda

mesel-xacmazda
Oxunma sayı: 787


“Qafqazinfo”nun məlumatına görə, 4,1 km-lik məşəl estafetini rayonun gənc fəallarından Mübariz Həsənov Bakı prospektində Xətainin heykəlinin qarşısında qurulmuş tağdan keçməklə başlayıb.

Prospekt boyunca davam edən yürüş Koroğlu heykəlinin qarşısından keçməklə, Bayraq meydanında tamamlanıb. Son məşəlçi cüdo üzrə Avropa kubokunun sahibi, qran-pri turnirinin qalibi Vasif Talıbov həmkarlarının müşayiəti ilə meydanda qurulmuş səhnə qarşısına gəlib, səhnəyə qalxaraq Bakı 2015-in çırağını alovlandırıb.