Məşəl Yardımlıdadır- - Fotolar

mesel-yardimlidadir-
Oxunma sayı: 816


“Qafqazinfo”nun məlumatına görə, Yardımlı şəhərinin giriş qapısında Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi olub.

Avropa Oyunlarının rəmzi qapısında karate idman növü üzrə Azərbaycan çempionu Rasif Məmizadə Avropa Oyunlarının məşəlini qəbul etdi.

Sonra 10 məşəlçi Avropa Oyunlarının rəmzi qapısından 1,2 kilometr metr məsafədə yürüşə başladı. Növbə ilə məşəli bir-birinə ötürən idmançılar rayon sakinlərinin alqış sədalarının müşayiəti ilə Heydər Əliyev prospekti boyunca hərəkət etməklə Ümummilli Liderin adını daşıyan Mərkəzin qarşısına gəldilər.

Karate üzrə Azərbaycan çempionu Amid Cavadov səhnəyə qalxaraq Avropa Oyunlarının məşəlini alovlandırıb.