“Məsələ ailəmin namusudur...” - Murad sərt yazdı

mesele-ailemin-namusudur
Oxunma sayı: 644

Türkiyəli müğənni Murad Dalkılıç həyat yoldaşı Merve Boluğur barədə yayılan xəbərlərə münasibət bildirib. 

“Qafqazinfo” xəbər verir ki,  gənc ifaçı şayiə yayan media orqanlarını şərəfsizlikdə ittiham edib:

“Günlərdir ki, haqqımızda yayılan xəbərlərə münasibət göstərmədik. Xanımım da, mən də anlayışlı olduq, mediaya hörmət etdik, hər şeyə pozitiv yanaşdıq. Ancaq məsələ ailəmin namusudur, bu yayılan xəbərləri şərəfsizlik kimi qiymətləndirirəm. Bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyik”. 

M. Boluğur da eyni paylaşımı bir neçə dəqiqə sonra rəsmi instagram hesabında yayımlayıb. 

Xatırladaq ki, Türkiyə KİV-də Merve Boluğurun iş adamı Serdar Bilgilinin yaxtasında istirahət etməsi barədə məlumat yayılmışdı.