“Qafqazinfo” xəbər verir ki, “Barsa” vurduğu iki cavabsız qolla növbəti tur məsələsini demək olar ki, həll edib. Cütlüyün cavab oyunu martın 12-də “Nou Kamp” stadionunda olacaq. Ancaq katalon klubu səfər meydanında qazandığı inamlı qələbə ilə bütün suallara cavab tapıb. Əvvəlcə Messi penaltidən hesabı açıb daha sonra Dani Alveş görüşdə son nöqtəni qoyub.
Gecənin digər bir matçı “Bayer Leverkuzen”lə “PSJ” arasında oynanılıb. Matiudi, İbrahimoviç(2 qol), Yohan Kabayın qolları “PSJ”ni növbəti mərhələyə çıxarıb. Doğrudur cütlüyün martın 13-də cavab qarşılaşması var ancaq Fransa təmsilçisinin səfərdə qazandığı böyük hesablı qələbəsi cavab qarşılaşmasını yalnız formallığa çevirib.
İqbal
Son xəbərlər
Son Xəbərlər