“Qafqazinfo”nun məlumatına görə, Avropa Oyunlarının rəmzi qapısında rayonun fəal gənclərindən olan Səbinə Hüseynova məşəli qəbul edib.
Sonra 10 məşəlçi Oyunların rəmzi qapısından 4 kilometr məsafədə yürüşə başlayıb. Məşəli növbə ilə bir-birinə ötürən idmançılar rayon sakinlərinin alqış sədaları altında Nizami Gəncəvi, Tofiq İsmayılov, Mübariz İbrahimov və Səməd Vurğun küçələri boyunca hərəkət etməklə şəhərin mərkəzi meydanına gəliblər. Buradakı meydana toplaşanlar birinci Avropa Oyunlarının məşəl estafetini qəbul edən idmançıları sürəkli alqışlarla qarşılayıblar.
Birinci Avropa Oyunlarının məşəli Biləsuvardan sonra Cəlilabada yola salınıb.
Son xəbərlər
Son Xəbərlər