Məşəlin növbəti dayanacağı- - Fotolar

meselin-novbeti-dayanacagi-
Oxunma sayı: 1018


“Qafqazinfo” xəbər verir ki, şəhərin qərb girişində məşəlin təntənəli qarşılanma mərasimi olub. “Məhsul” Kənd Könüllü İdman Cəmiyyətinin sərbəst güləş üzrə məşqçi müəllimi Nofəl Hüseynov məşəli burada qurulmuş səhnəyə qaldırararaq kasanı və çırağı alovlandırıb. 

Birinci Avropa Oyunlarının sonuna qədər şəhərdə yanacaq çırağı isə 1 nömrəli tam orta məktəbin şagirdi Fatimə Kazımlı rayon ictimaiyyətinə təqdim etib.

Məşəl Heydər Əliyev Parkına gətirilərkən tədbir iştirakçıları nikah mərasiminin də şahidi olublar. Rayonun Birinci Aşıqlı kənd sakinləri Qadir Paşayevlə Əsmayə Paşayevanın nikahı rəsmiləşdirilib.