Məşhur aktrisa evində ölü tapıldı

meshur-aktrisa-evinde-olu-tapildi
Oxunma sayı: 3056

“CSI Miami” serialının ulduzu Lisa Sheridan evində ölü tapılıb.  “Qafqazinfo”  xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə 44 yaşlı amerikalı aktrisanın meneceri Mitch Clem məlumat yayıb. 

“Hamımız Lisanı çox sevirdik. O, bazar ertəsi günü New -Orleans şəhərindəki evində ölü tapılıb”- deyə M. Clem qeyd edib.  O, aktrisanın intihar etməsi barədə yayılan şayiələrə də aydınlıq gətirib: “Ölüm səbəbi hələlik məlum deyil. Tibbi ekspertiziyanın nəticələrini gözləyirik”.