Məşhur aktrisa həbs olundu - Fotolar

meshur-aktrisa-hebs-olundu
Oxunma sayı: 5703

Dünyaca məşhur aktrisa Ellison Mek həbs olunub.

“Qafqazinfo” xəbər verir ki, 38 yaşlı aktrisanın Nyu- York mərkəzli NXIVM seks təriqətinə üzv olduğu açıqlanıb. O, qadınları sözügedən təriqətə cəlb etməkdə ittiham edilib.

Mek qadınları manipulyasiya edərək onları məzhəbin köləsi halına salıb, təhdidlərlə təriqətdə saxlayıb.

Məhkəmə zalında barəsində 3 illik həbs qərarı verilən aktrisa “ömrümün sonuna qədər peşman olacağım qərarlar verdim. NXIVM-ə gətirdiyim hər kəsdən üzr istəyirəm”,- deyə qeyd edib.