Məşhur aktrisa hicablılara söz atdı

meshur-aktrisa-hicablilara-soz-atdi
Oxunma sayı: 3611

Türkiyənin məşhur aktrisası Deniz Çakır İstanbuldakı ticarət mərkəzlərinin birində müzakirələrə səbəb olan addım atıb. 

“Qafaqazinfo” xəbər verir ki, o, sərxoş halda kafedə oturarkən yan masada əyləşən 7 hicablı xanıma söz atıb. Deniz onlara “Bura Ərəbistandır?”- deyə sual ünvanlayıb. Aktrisa daha sonra həmin qadınların icazəsiz fotolarını çəkməyə qarışıb.  

Ona kafe əməkdaşları və müştərilər müdaxilə edib. Çakırın yanında olan iki rəfiqəsi isə xoşagəlməz hadisəyə görə hər kəsdən üzr istəyib.