Məşhur aktrisa Kann festivalının yüksək mükafatını aldı - Fotolar

meshur-aktrisa-kann-festivalinin-yuksek-mukafatini-aldi
Oxunma sayı: 1706

Hollivud ulduzu Codi Foster iyulun 6-da start götürən Kann kinofestivalında “Qızıl Palma budağı” fəxri mükafatına layiq görülüb.

“Qafqazinfo” “Röyters”ə istinadən xəbər verir ki, aktrisa mükafatı ispan kinorejissor Pedro Almodovarın əlindən alıb. Festivalın baş direktoru Tyerri Fremo bildirib ki, bu, Codinin festivalda qazandığı 9-cu mükafatdır.

“Bu festival həyatımı tamamilə dəyişdirdi, ona çox şey borcluyam”, - deyə Foster çıxışında bildirib.