8 ildir ki, Erdil Yaşaroğlu ilə ailəli olan Begüm Kütük körpəsini itirib. “Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, 3,5 aylıq hamilə olan aktrisanın oğlan övladı bətnində tələf olub.
Qeyd edək ki, cütlük ötən ayın 23-də Ali Sunal və Nazlı Qurbanzadənin toyunda kameralara tuş gəlmiş, aktrisanın hamilə olduğu məlum olmuşdu.
B. Kütük “Uşaq böyüyür. Amma çox tez çəki alıram, nə edəcəyimi bilmirəm” açıqlamasını vermişdi.

Son xəbərlər
Son Xəbərlər