Məşhur aktrisa Doris Roberts dünyasını dəyişib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə aktrisanın oğlu Michael Cannata məlumat yayıb.
Oğlu Robertsin Los-Angelesdəki evində yatarkən öldüyünü açıqlayıb.
Qeyd edək ki, aktrisa dünyanın ən reytinqli serialı olaraq tarixə düşən “Everbody Loves Raymond”la tanınmağa başlamışdı.
Roberts11 dəfə Emmy mükafatına namizəd göstərilmiş və 4 dəfə mükafata layiq görülmüşdü.
O, ilk Emmy mükafatını 1983-cü ildə "St. Elsewhere" serialındakı performansıyla qazanmışdı.
Son xəbərlər
Son Xəbərlər