Məşhur aktrisa pişik saxladığı üçün döyüldü

meshur-aktrisa-pisik-saxladigi-ucun-doyuldu
Oxunma sayı: 4208

Türkiyənin tanınmış aktrisası Hülya Şen şiddətə məruz qalıb.  “Qafqazinfo” xəbər verir ki, buna səbəb sənətçinin bina evində pişik saxlaması olub. 

Belə ki, qonşusu və binanın komendantı aktrisanın pişiklərinin binada natəmizliyə yol verdiyini, birə yaydığını bildirib. 

Bu zaman tərəflər arasında mübahisə yaranıb, Şen isə hadisəni telefona çəkməyə başlayıb. Həmin an komendat Yasemin M. aktrisaya hücum edib, onu təpikləməyə başlayıb. 

H. Şen hüquq-mühafizə orqnalarına müraciət edərək hər iki şəxsdən şikayətçi olub.