Məşhur aktrisa rusiyalı oliqarxın oğlu ilə sevgilidir - Foto

meshur-aktrisa-rusiyali-oliqarxin-oglu-ile-sevgilidir
Oxunma sayı: 7411

29 yaşlı amerikalı kinoaktrisa Lindsi Lohan rusiyalı oliqarx Dmitriy Tarabasovun 22 yaşlı oğlu Yeqor ilə sevgilidir.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, qalmaqalları, narkotikdən istifadəyə görə daim mətbuatın gündəmində olan aktrisa Yeqorla ötən ilin oktyabrında Londonda tanış olub.

Yeqor Britaniya vətəndaşıdır, Londonda təhsil alıb və öz şirkəti var.

Onlar birlikdə dünyanı gəzirlər, həyatı arzuladıqları şəkildə yaşayırlar.

Lohan Yeqoru ailəsi ilə də tanış edib. Onun yaxın dostlarından biri bildirib ki, Lindsi indiyə qədər belə xoşbəxt olmayıb.