“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi 78 yaşında infarkt nəticəsində həyatını itirib. Usta oyunçu iyulun 27-də vida mərasimi keçirildikdən sonra Zincirlikuyu qəbiristanlığında həyat yoldaşı Sadri Alışıkın yanında torpağa tapşırılacaq.
Qeyd edək ki, Çolpan İlhan tanınmış aktyor Sadri Alışıkın həyat yoldaşı, şair Atilla İlhanın bacısı olub. Mədəniyyət Nazirliyi tərəfindən 1998-ci ildə Dövlət sənətçisi adı verilən İlhan Sadri Alışık Mədəniyyət Mərkəzinin də qurucusudur.
Son xəbərlər
Son Xəbərlər