“Yeşilçam” məşhur ulduzu Filiz Akın xəstəxanalıq olub.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, aktrisanın səhər saatlarında halı pisləşib, təcili olaraq xəstəxanaya aparılıb.
Bir neçə saat sonra Akın sosial şəbəkədə səhhəti barədə məlumat yayıb:
“Dostlar, qorxmayın... Gecə hərarətim qalxdı, sonra daha da yüksəldi və boğazım şişməyə başladı. Sadəcə olaraq həkimlər sistem qoşdular, yaxşıyam”.

Son xəbərlər
Son Xəbərlər