Məşhur aktrisa yenə yıxıldı, xəstəxanalıq oldu - Fotolar

meshur-aktrisa-yene-yixildi-xestexanaliq-oldu
Oxunma sayı: 2508

Türkiyənin məşhur aktrisası Fatma Girik yenidən xəstəxanalıq olub. “Qafqazinfo” xəbər verir ki, “Yeşilçam” ulduzu Bodrumdakı evində huşunu itirərək yerə yıxılıb.  Baxıcılarının zəngindən sonra hadisə yerinə təcili tibbi yardım ximəti gəlib. 

Girikə yerindəcə ilkin müdaxilə olunub, daha sonra aktrisa xəstəxanaya aparılıb.  Məlum olub ki, F. Girik hamamda üzünü yuyan zaman ayağı sürüşüb və boynundan zədə alıb. 

Qeyd edək ki, aktrisa ötən ilin sonunda da yerə yıxılmış, təcili olaraq xəstəxanaya aparılmışdı.