“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nurgül Yeşilçaya 2008-ci ildə zəng edən Turqut İlter və Hülya Baykara karyera sahibi şəxslərin tərcümeyi-halını bir ensiklopediyada və internetdə yayımladıklarını bildirərək 1236 lirə istəyib. Təklifi qəbul edən Yeşilçay iki şübhəliyə kredit kartı məlumatlarını verib. Ancaq İlter və Baykara Yeşilçayın xəbəri olmadan kartdan 2008-ci ilin noyabrından 2009-cu ilin iyun ayına kimi 10 dəfə 1236 lirə çıxarıb.
Hesabından çox pul çəkildiyini bilən sənətçinin etirazı üzərinə iki şübhəli məşhura 13 min lirəlik çek verib. Ancaq çek saxta çıxıb. Yeşilçayın şikayəti üzərinə iki şübhəliyə “İcazəsiz başqasına aid bank kartı məlumatlarını istifadə edərək mənfəət təmin etmək” maddəsi ilə iddia qaldırılıb.
Aliyə Cəza Məhkəməsində 4 ildir davam edən məhkəmə işində şirkətin sahibi Turqut İlker həbs qərarına baxmayaraq bu günə qədər tapılmayıb. Məhkəmə şirkət işçisi Baykara “Bank və kredit kartlarının sui-istifadə edilməsi” maddəsinə əsasən 2il yarım həbs cəzası verib.
Son xəbərlər
Son Xəbərlər