Məşhur aktrisanın sevgilisi evli çıxdı

meshur-aktrisanin-sevgilisi-evli-cixdi
Oxunma sayı: 5576

Aktrisa Sinem Öztürkün evlənməyə hazırlaşdığı sevgilisi Mustafa Ulusun evli olduğu ortaya çıxıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ulusun həyat yoldaşı Öznur Dursunla boşanmaq üçün məhkəməyə müraciət etdiyini, lakin cütlüyün ayrılması barədə qərarın hələ verilmədiyi açıqlanıb.

Boşanma iddiasının nəticəsini gözləməyə başlayan aktrisa və sevgilisi nikah tarixini sentyabr ayına təxirə salıb.

Qeyd edək ki, Sinem Öztürk bir müddət əvvvəl rejissor sevgilisi Bekir Toplarla ayrılmağı ilə gündəmə gəlmişdi.