Məşhur aktrisanın toy tarixi açıqlandı

meshur-aktrisanin-toy-tarixi-aciqlandi
Oxunma sayı: 1509

Türkiyənin məşhur aktrisası Hazal Kaya 5 illik sevgilisi Ali Ataya ərə gedir. “Qafqazinfo” xəbər verir ki, qısa müddət bundan əvvəl nişanlanan cütlüyün toy tarixi müəyyənləşib.   

Məlum olub ki, 28 yaşlı aktrisa ilə 42 yaşlı aktyorun nikahı fevralın 4-də baş tutacaq. Nikahda Ali və Hazalın yaxın dostları, kino və şou dünyasının tanınmış simaları iştirak edəcək. 

Qeyd edək ki, ötən il cütlüyün yay aylarında evlənəcəyi barədə xəbər yayılmışdı.