Məşhur aktyor aldığı evlə rekord qırdı - Fotolar

meshur-aktyor-aldigi-evle-rekord-qirdi
Oxunma sayı: 3232

“Oskar” və “Qızıl Qlobus” mükafatçısı Mett Deymon yeni aldığı evlə gündəmə gəlib. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 48 yaşlı aktyor Nyu-Yorkun  Brooklyn Heights ərazisində 6 otaqlı mənzil satın alıb. 

O, binanın mansardındakı mənzilə 16,75 milyon dollar pul ödəyib.  Aktyor bununla da, fotoqraf Jay Maiselin rekordunu yeniləyib.  Belə ki, Jay 2015-ci ildə bina evinə 15,5 milyon dollar pul xərcləmişdi.