Məşhur komediya aktyoru Şahan Gökbakar ata olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə aktyorun özü sosial şəbəkədə yazıb.
Gökbakar ikinci dəfə ata olduğunu və qız övladınınn dünyaya gəldiyini söyləyib:
“Canım qızım, xoş gəldin. Ömrün gözəl, səhhətin qaydasında olsun. Vicdanlı və yaxşı bir qız ol. Həmişə gül. Sadəcə anan kimi ol”.
Xatırladaq ki, aktyor Selin Gökbakarla evlidir.


Son xəbərlər
Son Xəbərlər