Məşhur aktyor boşanır

meshur-aktyor-bosanir
Oxunma sayı: 4053

Türkiyənin məşhur aktyoru Buğra Gülsoyla həyat yoldaşı Nilüfer Gürbüz ayrılmaq qərarına gəliblər.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, uzun müddətdir birlikdə görüntülənməyən ikilinin evliliklərində problem yaşadığı məlum olub.

2018-ci ildə nikah masasına oturan cütlüyün 5 illik evliliklərinə son qoymasına səbəb isə yaşadıqları fikir ayrılığıdır.

Cem adlı bir uşaqları olan Gülsoyla Gürbüzün yaxın vaxtlarda boşanmaq üçün məhkəməyə müraciət edəcəkləri bildirilir.