Məşhur aktyor cərimələndi

meshur-aktyor-cerimelendi
Oxunma sayı: 1538

İngiltərə aktyoru Orlando Blum Beverli-Hillzdə sürət həddini aşdığına görə cərimələnib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “TMZ” xəbər verib.

O, “Porsche” markalı avtomobilini saatda 60 mildən yuxarı idarə etdiyinə görə saxlanılıb. Nəqliyyat vasitəsinin salonunda aktyorun 8 yaşlı oğlu da olub.

Aktyor təhlükəli idarəetməyə görə cərimə ödəyəcək.