Amerikalı aktyor Mettyu Makkonahi “Ostina” futbol klubunun səhmlərinin bir hissəsini alıb.
“Qafqazinfo” bildirir ki, bu barədə futbol klubunun rəsmi saytında məlumat verib.
Vəsaitinin bir hissəsini klubun inkişafına xərcləyən aktyor onun səhmdarı olub.
Qeyd edək ki, Texas ştatını təmsil edən klub 2021-ci ildən MLS-də çıxış edəcək. Makkonahinin özü Texasda anadan olub və hazırda ailəsi ilə birlikdə Ostində yaşayır.
Son xəbərlər
Son Xəbərlər