Məşhur aktyor həbs oluna bilər - Eks-sevgilisinin ölümünə görə

meshur-aktyor-hebs-oluna-biler
Oxunma sayı: 644

Məşhur kanadalı aktyor Cim Kerri keçmiş sevgilisi Katrion Uaytı özünü öldürmə həddinə çatdırdığına görə həbs oluna bilər.

“Qafqazinfo”nun “The Telegraph” nəşrinə istinadən verdiyi məlumata görə, Uayt 2015-ci ilin sentyabrında Los-Ancelesdəki evində ölü vəziyyətdə tapılıb. 
Rəsmi məlumatlara görə, onun ölümünə səbəb yüksək dozalı ağrıkəsici dərman vasitələrini içməyi olub.

Uaytın valideynləri 55 yaşlı aktyoru qızlarının ölümündə təqsirli bilərək ondan məhkəməyə şikayət ediblər.  Onlar iddia edirlər ki, Kerri həmin dərman vasitələrini Uayta özünü öldürdüyü gün verib. 

Aktyor bütün ittihamları rədd edir.