Məşhur aktyor intihar etdi- - Dünyanı üzən xəbər

meshur-aktyor-intihar-etdi-
Oxunma sayı: 3963


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 63 yaşlı aktyorun özünü asaraq intihar etdiyi ehtimal olunur. 

Polisdən verilən ilk açıqlamada "Səlahiyyətlilər Uilyamsın özünü asaraq intihar etdiyini düşünür. Ancaq qəti ölüm səbəbinin təyin olunması üçün araşdırılmanın tamamlanması lazımdır” deyə bildirilib.  

 Robin Uilyamsın həyat yoldaşı Susan Şneyder yazılı açıqlama verib:  

"Bu səhər ərimi və ən yaxşı yoldaşımı itirdim. Dünya isə ən çox sevilən aktyorlarından birini və mükəmməl bir insanı itirdi. Böyük acımız səbəbiylə məhrəmimizə  hörmət eşidilməsini xahiş edirik. Ümid edirik Robin xatirələrdə ölümüylə deyil, milyonlarla insana verdiyi saysız gülüş dolu anlarla yadda qalar."

Qeyd edək ki, Uilyams “Ölü Ozanlar Dərnəyi” və “Günaydın Vyetnam” kimi filmləriylə şöhrət qazanmışdı.