Model və aktyor Nihat Altınkaya gecə klubunda dava salıb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, aktyor mühüfaizəçilər tərəfindən bayıra atılıb.
Hadisəni lentə almağa çalışan jurnalistlərə maneə olunub, Altınkaya təcili olaraq taksiyə minib.
Nihat Altınkaya taksiylə uzaqlaşdıqdan sonra dostu görüntüləri silməyi jurnalistlərdən xahiş edib.
“Nihat “Ay yapım”la yeni bir müqavilə imzalayacaq. Kıvanç Tatlıtuğ və Kenan İmirzaoğlu da filmdə rol alacaq. Nə olar, görüntüləri silin. Adam onsuz da illərdir pul qazana bilmir. İşi çətinliyə düşməsin”.
Klubdakı davanın səbəbi isə daha sonra aydın olub.
Məkanda naməlum şəxs aktyorun yanında əyləşən xanıma baxıb, Altınkaya gənclə dava etməyə başlayıb və mühaizəçilər tərəfindən klubdan çıxarılıb.



Son xəbərlər
Son Xəbərlər