Məşhur aktyor özündən 30 yaş kiçik sevgilisindən ayrıldı

meshur-aktyor-ozunden-30-yas-kicik-sevgilisinden-ayrildi
Oxunma sayı: 5921

Məşhur türkiyəli aktyor Tamer Karadağlı özündən 30 yaş kiçik sevgilisi İraz Yıldızdan ayrılıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Karadağlı 1 ildir eşq yaşadığı pianoçu sevgilisi ilə fikir ayrılıqlarına görə münasibətlərinə son qoyub. Ayrılıq qərarından sonra cütlük birlikdə çəkdirdikləri fotoları instaqram hesabından silib və bir-birini izləmədən çıxarıblar.

Qeyd edək ki, Tamer Karadağlı özündən 30 yaş kiçik xanımla sevgili olduğu üçün izləyicilər tərəfindən tənqid olunmuşdu.