Məşhur aktyor sevgilisini döyərək bu hala salıb - Foto

meshur-aktyor-sevgilisini-doyerek-bu-hala-salib
Oxunma sayı: 3628

Türkiyənin məşhur aktyoru Ozan Güvenin şiddət göstərdiyi sevgilisi Deniz Bulutsuzun görüntüləri ortaya çıxıb.

“Qafqazinfo” xəbər verir ki, fotoları “Sözçü” nəşri yayıb və davanın təffərrüatı barədə məlumat dərc edib.

Qeyd olunub ki, cütlük arasında gərginliyin yaranmasına Denizin keçmiş sevgilisi barədə mövzunun açılması olub. Dostları ilə əyləşən Ozan Güven sevgilisinin ünvanına söyüş söyərək ona hücum edib.

“Heç bir yerə getməyəcəksən, səni öldürəcəm” deyən aktyor daha sonra sevgilisinin telefonunu götürüb, onu evdə qapalı şəraitdə saxlayıb.