Məşhur aktyor yenə boşanır

meshur-aktyor-yene-bosanir
Oxunma sayı: 2877

Türkiyənin məşhur aktyoru İsmayıl Hacıoğlu və xanımı Duyğu Kumarki boşanmaq qərarına gəlib. 

“Qafqazinfo” xəbər verir ki, 4 ildir evli olan cütlük münasibətlərini bitirib. 

İsmayıl və Duyğu gələn həftə rəsmi ayrılıq üçün məhkəməyə müraciət edəcək.

Qeyd edək ki, cütlüyün sözügedən nikahdan 4 yaşında Yemin adlı qızı var. İ.Hacıoğlu ilk dəfə aktrisa Vildan Ataseverlə 2010-cu ildə evlənib, 5 il sonra boşanıb.