Tanınmış amerikalı aktyor Bredli Kuper yeni sevgi münasibəti ilə gündəmə gəlib.
“Qafqazinfo” “People” qəzetinə istinadən xəbər verir ki, hazırda 47 yaşlı ulduz aktyor 45 yaşlı siyasi fəal Huma Abedin ilə eşq yaşayır.
Cütlüyün bir neçə aydır münasibətdə olduğu iddia olunsa da, onlar hələ ki birlikdə görüntülənməyib. Belə ki, Kuper və Abedin mayın əvvəlində “Met Qala”ya da ayrı-ayrılıqda qatılıblar.
Xatırladaq ki, Kuper 2006-2007-ci illərdə Cennifer Espozito ilə evli olub. Bununla yanaşı, aktyor və model İrina Şeykin 5 yaşlı oğlu var. Cütlük 4 illik münasibətdən sonra 2019-cu ildə ayrılıblar.
Nəzrin Cavadzadə








Son xəbərlər
Son Xəbərlər