“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, son zamanlar Türkiyədə yaşanan terror hadisələri nəticəsində əsgərlərin şəhid olmasına üzüldüyünü bildirən aktyor könüllü olaraq əsgərliyə getmək üçün Mamak Əsgərlik Şöbəsinə ərizə verib.
“Son zamanlar yaşanan terror hücumları nəticəsində şəhid verməyimiz bizi dərindən üzür. Şəhid analarını gördüyümüz zaman içimiz parçalanır. Mən bir türk övladıyam. Mənim ailəmdə şəhidlər də var. Mən 15 ay əsgərlik vəzifəmi tamamladım deyə mənim əsgərlik vəzifəm bitmədi. Birlik olmalıyıq. Mən hazırda Türkiyədə müharibə olduğuna inanıram. Hər gün övladlarımız ölür. Bu gün Türkiyə bu haldadırsa, 20 yaşlı gənclər şəhid olursa, sənətçilər nümunə olmalıdır. Mən digər sənətçi yoldaşlarımdan bu həssaslığı gözləyirəm. Gəlin hamımız birlik olaq, əl-ələ verək”-deyə sənətçi ərizəsində bildirib.
Könül
Son xəbərlər
Son Xəbərlər