Məşhur aktyora silahlı hücum

meshur-aktyora-silahli-hucum
Oxunma sayı: 2995


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, iş yerindən çölə çıxan  Atacan avtomobilinə minmək istərkən motosikletli bir adam tərəfindən atəşə tutulub. Silahlı hücumda güllə avtomobilin ön sol şüşəsindən girib arxa sağ şüşəsindən çıxıb. Atacan hadisə nəticəsində yaralanmasa da, avtomobilinə maddi ziyan dəyib.

 Qeyd edək ki, Yağmur Atacan yanvarın 7-i 45 min dollar alacağı olduğunu iddia etdiyi nikah şahidi Alper Çağrı Önal tərəfindən görüş təyin etdikləri avto qalereyasında döyüldüyünü iddia etmişdi.