“Star wars” (ulduz Döyüşləri) filmi ilə məşhurlaşan aktyor Jake Lloyda şizofreniya xəstləyinin diaqnozu qoyulub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə 27 yaşlı aktyorun anası Lisa Lloyd TMZ qəzetinə müsahibəsində bildirib.
O bildirib ki, artıq oğlu olduğu həbsxanadan Psixatrik Kliniki Xəstəxanaya aparılıb, həkim nəzarətinə götürülüb.
Anası aktyorun özünə dəflərlə hücum etdiyini də açıqlayıb.
Qeyd eək ki, amerikalı aktyor 10 yaşında “Star wars: Epsiode I- The Phantom Menace” filmində Anakin Skywalker obrazını canlandıraraq adını brendləşdirmişdi.
Lloyd ötən il sükan arxasında yüksək sürətdən istifadə etmiş, polisin “dur” əmrinə tabe olmamış və avtomobilini ağaca çırparaq qəza törətmişdi.
Kino ulduzu bu səbəbdən həbs olunmuşdu.


Son xəbərlər
Son Xəbərlər