Məşhur aktyora yeni vəzifə verildi

meshur-aktyora-yeni-vezife-verildi
Oxunma sayı: 4034


AzNews.az xəbər verir ki, bundan sonra aktyorlarla baş rejissor kimi Qurban Məsimli işləyəcək. 

Qeyd edək ki, Q.Məsimli cəmiyyətə daha çox “Xəzər” televiziyasında yayımlanan “Aramızda qalsın” teleserialından tanışdır. 

O, bu serialda baş rollardan birini - “Mehman” obrazını canlandırıb. Eyni zamanda həmin serailda aktyorlarla iş üzrə rejissor kimi çalışıb. 

Bildirək ki, Rəhman Əlizadə vəfat etdikdən sonra Kukla teatrında baş rejissor vəzifəsi boş qalmışdı.