Məşhur aktyorun çəkilişdə ayağı sındı - Foto

meshur-aktyorun-cekilisde-ayagi-sindi
Oxunma sayı: 6396

Tanınmış türkiyəli aktyor Engin Altan Düzyatan serial çəkilişi zamanı ayağını sındırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Çəkiliş zamanı at sürən E. Düzyatan yanından sürətlə keçən digər atlı ilə toqquşub. Hadisə nəticəsində aktyorun ayağı bir neçə yerdən qırılıb.

Lakin aktyorun keçirdiyi qəzaya baxmayaraq, digər film çəkilişi ilə bağlı Nepala getdiyi bildirilir.