Məşhur aktyorun oğlu intihar etdi

meshur-aktyorun-oglu-intihar-etdi
Oxunma sayı: 2522

Amerikalı məşhur aktyor Maykl Madsenin 26 yaşlı oğlu Hudson Madsen yaşadığı Havay adalarındakı evində dünyasını dəyişib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, aktyorun oğlunun ölümü intihar kimi qiymətləndirilib.

Belə ki, Hudson Madsenin cəsədi evində tapılıb. Hadisə yerində araşdırma aparan polisin rəyinə görə, o intihar edib. Mərhumun başında güllə yarası olub.

Qeyd edək ki, Maykl Madsen bir çox filmlərdə oynayıb, lakin ən çox rejissor Kventin Tarantinonun çəkdiyi “Reservoir Dogs” (Rezervuar itləri) filmi ilə tanınıb.

26 yaşlı Madsen “Oskar” mükafatlı rejissor K.Tarantinonun xaç oğlu idi. Maykl Madsen və Tarantino “Reservoir Dogs” və “Kill Bill” seriyası da daxil olmaqla, bir neçə filmdə əməkdaşlıq ediblər.