Məşhur aktyorun oğlu səhrada yoxa çıxdı -

meshur-aktyorun-oglu-sehrada-yoxa-cixdi-
Oxunma sayı: 1193


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, aktyorun 25 yaşlı oğlu Çesterlə bağlı son aylar heç bir xəbər olmayıb. Oğlu sonuncu dəfə iyulun 23-ü instagram hesabında bir müddət internetdə olmayacağı barədə yazıb. 

İlkin ehtimala görə, aktyorun oğlu Kaliforniya ştatında yerləşən Mohave şəhrasında itib. Belə ki, ona məxsus mobil telefon məhz həmin ərazidən tapılıb. 

Mənbənin sözlərinə görə, bir ay ərzində Çester ailəsinə və dostlarına heç bir zəng etməyib. Polisin axtarışlara cəlb olunmadığı bildirilir. Məqsəd isə məlumatın KİV-ə çıxmasının qarşısını almaqdır. Mənbənin sözlərinə görə, Xenks oğlunu axtarmaq üçün xüsusi dedektiv tutmuş ola bilər. 

“Qafqazinfo”