Məşhur aktyorun yas mərasimindən - Fotolar

meshur-aktyorun-yas-merasiminden
Oxunma sayı: 3554

Məşhur türkiyəli aktyor Tanju Gürsü ilə vida mərasimi keçirilib.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, aktyor üçün Teşvikiye Məscidində cənazə namazı qılınıb, daha sonra Gürsünün cəsədi Zincirlikuyu qəbiristanlığında torpağa tapşırılıb.

Aktyorun rejissor və prodüser qardaşı mərasimdə jurnalistlərə açıqlama verib. Təməl Gürsu böyük qardaşıyla bir çox layihələrdə iştirak etdiklərini vurğulayıb:

“Bundan 3 ay əvvəl heç bir şeyi yox idi. Son iki gün ərzində vəziyyəti pisləşdi. Qardaşımı heç vaxt belə görməmuişdim. Onunla bağlı çox xatirəm var, Türkiyə film dünyası böyük qardaşını itirdi”.

Yas mərasimində Türkiyənin dövlət sənətçisi Türkan Şoray da iştirak edib.

Xatırladaq ki, ötən gün T. Gürsü tənəffüs çatışmazlığı səbəbiylə dünyasını dəyişib.