“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Emrə Ermiş “Söyləməzsəm, olmaz” proqramına zəng edərək yazılanları təkzib edib:
“Bizdə, nəinki, qadına, haqsız yerə heç kimə əl qaldırmazlar. Mənim yoldaşıma heç kim əl qaldıra bilməz. Bizim aramızda bir evlilik müqaviləsi də var. Bu şiddət xəbərləri yoldaşımla münasibətimizin pozulduğu ərəfədə ortaya çıxsa da, həqiqəti əks etdirmir. Biz Ramazan ayında birlikdə səhnəyə çıxdıq və birlikdə qatıldığımız proqramları oldu. Həqiqətən yoldaşım şiddətə məruz qalsaydı, birlikdə səhnəyə çıxmazdıq”.
Teleaparıcı isə yaşananların mediada əks olunmasından sonra sosial şəbəkədə baş verənlərə aydınlıq gətirib:
"Evliliyimizin bitmə səbəbiylə əlaqədar heç bir qəzetə açıqlama verməməyimə baxmayaraq, müsahibə verdiyimə dair xəbərlər yayımlanıb. Televiziyalar xəbər proqramlarına çıxmağım üçün mənlə əlaqə saxladı. Qətiliklə heç kimlə danışmayacağam. Acımasız və həyasızca, təhqir ehtiva edən fikirlər səsləndirənləri vəkilim məhkəməyə verəcək. Rəbbim mənə səbir versin”.
Könül
Son xəbərlər
Son Xəbərlər