Rusiyalı teleaparıcı, həkim-terapevt Yelena Malışeva ABŞ-da Nyu-York yaxınlığında dəbdəbəli malikanə və iki mənzilə sahib imiş. Mülklər onun oğullarının adına rəsmiləşdirilib. “Qafqazinfo” bildirir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Fondunun araşdırmasında deyilir. Araşdırmanı rusiyalı ictimai xadim Aleksey Navalnı dərc edib.
Daşınmaz əmlakın ümumi dəyəri təxminən 11 milyon dollardır. 1 100 kv.m.-lik 21 otaqlı malikanə Nyu-Cersidə yerləşir. Navalnının dərc etdiyi sənədlərə əsasən, Yelena Malışeva və onun həyat yoldaşı İqor onu 2016-cı ildə 6,4 milyon dollara alıblar. Araşdırmada deyilir ki, bu, həmin il Nyu-Cersinin daşınmaz əmlak bazarında həyata keçirilən ən bahalı alqı-satqı olub. Bundan əlavə, Navalni qeyd edib ki, Malışevaya Nyu-Yorkda iki mənzil də məxsusdur.

Yelena Malışeva
Malışevanın özü daha əvvəl bildirmişdi ki, onun əsas gəliri – “Pervıy kanal”dakı maaşıdır. Onun həyat yoldaşı – Moskva Dövlət Tibbi-Stomatoloji Universitetinin professorudur. Aparıcının 35% pay sahibi olduğu "Yelena Malışevanın Tibb Mərkəzi" MMC-nin maliyyə hesabatına əsasən, şirkət 2016-cı ildə 18,5 milyon rubl, 2017-ci ildə isə 34,5 milyon rubl xalis zərər edib.










Son xəbərlər
Son Xəbərlər