Məşhur aparıcının vəziyyəti ağırlaşdı

meshur-aparicinin-veziyyeti-agirlasdi
Oxunma sayı: 5141

Ötən həftə xəstəxanaya yerləşdirilən məşhur türkiyəli aktyor-aparıcı Mehmet Ali Erbilin vəziyyəti ağırlaşıb.

"Qafqazinfo" "Haber Global"a istinadən xəbər verir ki, tanınmış simanın dörd gündür reanimasiyada olduğu ortaya çıxıb. Mehmet Alinin qızı Sezin Erbil də məlumatı təsdiqləyib. O, "Atam indi xəstəxanadadır, halı yaxşı deyil. Vəziyyəti ilə bağlı dəqiq məlumat yoxdur",- deyə bildirib.

Xatırladaq ki, Erbil bel sümüyü sındığına görə 234 gün xəstəxanada yatmışdı.